İqtisadiyyat

Vergi borcu olanları hansı sanksiya gözləyir? - VİDEO

3 Mart 2025 08:13
Baxış: 688
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi hallarda vergi ödəyiciləri müəyyən səbəblərdən öhdəliklərini vaxtında yerinə yetirə bilmirlər və nəticədə vergi borcu yaranır.

Milli.Az ATV-yə istinadən məlumat verir ki, vergi orqanı ilkin olaraq bu barədə müxtəlif kanallar vasitəsilə vergi ödəyicisini məlumatlandırır. Rəsmi bildirişlər, mesajlar göndərir.

Edilmiş xəbərdarlıqlardan sonra da borcunu ödəməyənlərə qarşı isə inzibati tədbirlər görülür.

Dövlət Vergi Xidmətinin idarə rəisinin müavini Rəsul Hüseynov bildirib ki, müəyyən xəbərdarlıqlara məhəl qoymayaraq borcun ödənilmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213-cü maddəsinə əsasən, vergi ödəyicisi cinayət məsuliyyətinə cəlb oluna bilər.

Ətraflı süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.