Rusiyalı güləş əfsanəsi Buvaysar Saytiyev dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, ağciyər xəstəliyindən əziyyət çəkən sərbəst güləş üzrə üçqat olimpiya çempionu 49 yaşında vəfat edib. Onun 9 gün sonra 50 yaşı tamam olacaqdı.
Saytiev Moskva xəstəxanalarından birində dünyasını dəyişib. O, zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib, ölümünün səbəbinin ürəyinin dayanması olduğu təxmin edilir.
Mənbə yazır: "O, evinin həyətində olarkən özünü pis hiss edib. Əvvəlcə onun köməyinə xidmətçi, daha sonra təcili yardım çağıran ev sahibi gəlib. Bir neçə saatdan sonra Saytiyev xəstəxanada dünyasını dəyişib".
Qeyd edək ki, Buvaysar Saytiyev 3 qat olimpiya, 6 qat dünya, 6 qat avropa çempionu idi. (Offsideplus.az)
Milli.Az