19:26
Biləsuvar rayonunda baş verən silahlı insidentin bəzi təfərrüatı məlum olub.
Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə Biləsuvar şəhəri, Nizami küçəsində qeydə alınıb.
Rayon sakini, 1983-cü il təvəllüdlü Elməddin Əzizağa oğlu Cəfərov həmyerlisi, 1995-ci il təvəllüdlü Raul Quliyev tərəfindən ov tüfəngi ilə güllələnib.
Yaralı ayaq və qarın nahiyəsindən çoxsaylı xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, münaqişə tərəfi olan şəxslər əvvəlcə rayon mərkəzindəki çayxanada mübahisə ediblər. Mübahisə zamanı Elməddin Cəfərov həmyerlisinə şillə vurub. Daha sonra rayonun Nərimankənd sakini olan Raul Quliyev çayxananı tərk edərək evə gedib. O, ov tüfəngini götürərək yenidən çayxanaya qayıdıb və Elməddin Cəfərova atəş açıb. Cinayəti törədən şəxsin sonrakı planını həyata keçirməsinə yaxınları mane olub və tüfəngi onun əlindən alıblar.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Raul Quliyev artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-----------
14:53
Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib.
Milli.Az bildirir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.
Ayağından xəsarət alan yaralı rayon xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Milli.Az