Kriminal

Bakıda bir evə 1 000 nəfəri "yerləşdirdi" - ŞOK cinayətin üstü açıldı

2 Mart 2025 16:52
Baxış: 1 095
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ictimai yerdə xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb edilib.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Küçədə yüksək səslə qışqıraraq söyüş söyən 1966-cı il təvəllüdlü H.Kazımov (şərti) polis əməkdaşları tərəfindən asayişə dəvət edilərək saxlanılıb.

Aparılan araşdırma zamanı saxlanılan şəxsin həmin küçədə evinin olması və pul müqabilində yüzlərlə şəxsi mənzilinə qeydiyyata saldırması müəyyən edilib.

H.Kazımov da ifadəsində 1 000 nəfərdən çox şəxsi ödəniş əsasında evinə qeydiyyata saldırdığını deyib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərar ilə H.Kazımov dörd sutkalıq həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.