Şou-biznes

Dilan ərindən ayrılır - Haqqımı halal etmirəm

2 Mart 2025 21:31
Baxış: 1 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli fenomen Dilan Polat əri Engin Polatla ayrıldığını açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

Fenomen qeyd edib ki, onun bu addımı atmağına səbəb kiminsə həyatına ziyan vurmaq istəməməsidir:

"Deməli yan-yana olanda bir-birimizə zərər veririk. Həyat yoldaşım Engin Polatla yolları ayırmaq qərarına gəldim.

Sadəcə uzaqlaşmaq istəyirəm. Hamıdan və hər şeydən. Heç birinizə haqqımı halal etmirəm. Hər şeyimi əlimdən aldınız: həyat sevincimi, həvəsimi, hər şeyimi..."

Qeyd edək ki, bir müddət öncə cütlük barəsində çirkli pulların yuyulması maddəsilə cinayət işi açılmışdı.

Dünən isə onların hər ikisi haqqında narkotik vasitələrin istifadəsi ilə bağlı yeni araşdırma başlanılıb. Engin Polat bildirib ki, özü və xanımından izahat alındıqdan sonra sərbəst buraxılıblar.

Əlavə edib ki, baş verən hadisələr onların ailəsinə təşkil olunan qarayaxma kampaniyasıdır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.