İqtisadiyyat

Manatla verilən kreditlərlə bağlı VACİB AÇIQLAMA

1 Mart 2025 18:40
Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin yanvar ayında Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17.75% təşkil edib.

Milli.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 1.19 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 1.75 faiz bəndi artıb.

Qeyd edək ki, cari ilin fevral ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 27 milyard 514.7 milyon manata bərabər olub. Kredit portfelinin 14 milyard 709.9 milyon manatı biznes kreditləri, 8 milyard 551.7 milyon manatı istehlak kreditləri, 4 milyard 253.1 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.