Dünya

Yaxın günlərdə ABŞ və İran arasında danışıqlar ola bilər

29 Mart 2026 23:20
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda münaqişənin nizamlanmasına dair ABŞ və İran arasında danışıqlar keçirilə bilər.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı Pakistanın XİN rəhbəri Məhəmməd İshaq Dar İslamabadda Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə danışıqlardan sonra brifinqdə açıqlayıb. 

Onun sözlərinə görə, hər iki tərəf arasında danışıqlara ev sahibliyi etmək Pakistan üçün şərəfdir: "İran və ABŞ-nin danışıqlara yardım məsələsində Pakistana etimad göstərməklərindən çox şadıq".

Xatırladaq ki, bu gün Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri İslamabadda ABŞ və İran arasındakı münaqişənin həlli yollarını müzakirə ediblər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.