Ölkə

Bərdədə zəhərlənənlərlə bağlı TƏBİB-dən AÇIQLAMA

23 Fevral 2025 12:25
Baxış: 538
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.

Baş vermiş hadisə ilə bağlı TƏBİB-dən Milli.Az-a verilən məlumata görə zəhərlənməyə səbəb dəm qazı olub.:
 
"23.02.2025-ci il tarixində saat 01:10 radələrində dəm qazından zəhərlənmə səbəbilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 15 nəfər (11-i qadın cinsli, 4-ü kişi cinsli olmaqla) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi yardım göstərilib.
 
Vəziyyətləri qənaətbəxş olan 14 nəfər ambulator müalicə üçün evə buraxılıb, 1 nəfərin (qadın cinsli) müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.