Ölkə

Şəhid bacısı vəfat etdi - FOTO

21 Fevral 2025 14:15
Baxış: 636
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2023-cü ildə Qarabağda keçirilən antiterror tədbirləri zamanı şəhid olmuş Azər Məmmədovun bacısı Günay Məmmədova vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən şəhid bacısı 36 yaşında dünyasını dəyişib.

O, bu gün qardaşının məzarının yanında dəfn olunub.

Qeyd edək ki, Daxili Qoşunlarının müddətdən artıq həqiqi hərbi qulluqçusu A. Məmmədov 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.