Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonunda yerləşən "Laser Beauty Estetik Klinikası" bağlanıb.
Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin klinikada apardığı yoxlamalardan sonra belə qərar qəbul olunub.
Eyni zamanda o da məlum olub ki, yoxlama zamanı baş həkim Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova yoxlama aparan şəxslərə qarşı qeyri-etik hərəkətlər ediblər. R.Soltanova və Y.Cəfərova yoxlama aparan mütəxəsislərə qışqıraraq telefonu onların üzərinə çırpıb, onları işdən çıxarmaqla hədələyiblər.

Fotoda Rəna Soltanova
Milli.Az-ın əldə etdiyi məlumata görə, sözgedən klinikanın paytaxtın 5 fərqli ünvanında filialı mövcuddur.
Klinika sosial mediada və bir sıra digər şəbəkələrdə tanınmış şəxslər tərəfindən də reklam olunub.
Klinikanın adı daha əvvəl də qalmaqalda hallanıb. Belə ki, 2023-cü ildə klinikada əməliyyat olunan Azərbaycanın Xalq artistlərindən birinin gəlinin səhətində problemlər yaranmışdı. etik səbəblərdən adını açıqlamadığımız xəstə "Laser Beauty" Klinikasının (LB Clinik) "Neapol" filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra - gecə saatlarında səhhəti qəfil pisləşib və komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə sözügedən hospitalda 10 gün koma vəziyyətində qalıb.
Həmin zaman da diqqət çəkən məqam o olmuşdu ki, xəstənin ilkin əməliyyat olunduğu "Laser Beauty" Klinikasının "Neapol" filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmadığı bildirilirdi.
Qeyd edək ki, "Laser Beauty Estetik Klinikası" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 587 793 manat, qanuni təmsilçisi isə Yeganə Cəfərovadır. Klinikanın təsisçisi və baş həkimi məşhur kosmetoloq Rəna Soltanovadır.
Mehman Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





