Ölkə

İşsizlərin NƏZƏRİNƏ: Sığorta fondunun xərcləri məlum oldu

16 Dekabr 2024 11:51
Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti il üçün İşsizlikdən sığorta fondunun xərcləri məlum olub.

Milli.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında İşsizlikdən sığorta fondunun büdcəsi müzakirəyə çıxarılıb.

Sənədə əsasən, işsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərcləri 260 700 000,0 manat məbləğində təsdiq edilir. Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri 206 400 000,0 manat;

- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 54 300 000,0 manat.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.