Ölkə

Hərbi attaşelər Bakıya gəldi - FOTO

14 Dekabr 2024 13:00
Baxış: 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, toplantıda xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş 34 nümayəndəsi iştirak edib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev 44 günlük Vətən müharibəsində qazanılan qələbədən danışaraq bildirib ki, Azərbaycan tarixi Zəfər qazanaraq 30 illik işğalı sona çatdırdı, separatçı rejimə son qoydu və  Cənubi Qafqaz regionunun təhlükəsizliyi təmin edilib.

Toplantıda 2024-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən attaşelərin ölkəmizin müxtəlif ərazilərinə etdikləri ziyarətlər barədə geniş məlumat verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.