İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Samuxda vəzifəli şəxsə xəsarət yetirilib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Samux şəhərinin ərazisində baş verib.
Vətən müharibəsi qazisi, Lək kənd sakini 2000-ci il təvəllüdlü Fərhad Ruhlan oğlu Abdullayev xuliqanlıq zəminində rayon icra başçısının müavini Tahir Qarayevin əlinə çəliklə vurub. O, daha sonra Samux Rayon İcra Hakimiyyətinə məxsus "Haval" markalı 51-AC-001 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsini sındırıb.
Məsələ ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Hüquq şöbəsinin müdiri Azər Nəsibov sorğumuza cavab olaraq bildirdi ki, hadisə ötən gün saat 11 radələrində Samux şəhər Şəhidlər Kompleksində aparılan təmir zamanı qeydə alınıb: "Fərhad Abdullayev adlı şəxs rayon icra başçısının müavini Tahir Qarayevə yaxınlaşıb və qaz çəklişi ilə bağlı müraciət edib. Yaşadığı Lək kəndində bəzi küçələrə çəkiliş edilir və vətəndaş bundan narazılıq edib ki, niyə gecikir. Ona məlumat verilib ki, qısa müddətdə, qış mövsümü başlayana qədər qazla təmin olunacaqlar. Yəni layihədə necə nəzərdə tutulubsa, hamısı qrafikə uyğun şəkildə həyata keçiriləcək.
Bu məsələdən sonra o, bu dəfə qaz sobası istəyib. Ona "ceyran peçi" adlanan soba alınıb verilib. Vətəndaş bundan da narazı qalıb və "İran peçi" istəyib. Bu dəfə də elə onun yanında Tahir Qarayev Lək kənd icra nümayəndəsi Xəyal müəllimə zəng vurub. Telefon mikrafonda da olub və tapşırıq verilib ki, Fərhad "İran peçi" ilə təmin olunsun. Bu zaman Fərhad Tahir Qarayevin əlindən telefonu alaraq Xəyal müəllimi söyüb. Orada öz qardaşı və fəhlələr də olub, hamı bunu eşidib. Tahir müəllim də Fərhada bildirib ki, "Belə olmaz, sənin xahişini edirik, sən isə belə hərəkət edirsən, söyüş söyürsən". Fərhad bu dəfə də gedib dövlətin xidməti maşınına zərər yetirib. Tahir müəllim ona mane olmaq istəyəndə əlindəki əsa ilə ona zərbələr endirib.
Fərhad Abdullayev bizim ən çox yardım etdiyimiz qazidir. Onun bütün istəklərini həmişə yerinə yetirmişik. Hətta kiminsə problemi ilə bağlı bizə müraciət edibsə, bunu da həll etmişik. Hazırda öz qardaşı da etiraf edir ki, Fərhad günahkardır. Hadisə zamanı hətta bıçaq da çıxarıb. Qardaşı mane olub və bıçaq onun əlindən düşüb".
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
XƏBƏR LENTİ
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı





