Ölkə

Vilayət Eyvazov Xankəndiyə yeni rəis TƏYİN ETDİ

9 Sentyabr 2024 22:46
Baxış: 1 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinə yeni rəis təyin edilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Səbail Rayon 39-cu Polis Bölməsinin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Azər Quliyev tutduğu vəzifədən azad edilərək, Xankəndi Şəhər Baş Pasport, Qeydiyyat və Miqrasiya Şöbəsinin rəisi (baş inspektor) təyin olunub.

Qeyd edək ki, polis polkovnik-leytenantı Azər Quliyev uzun illər DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (BMCMİ), daha sonra Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi vəzifəsində çalışıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.