Ölkə

Azərbaycanda onlayn oyunlara qurşanan tələbə yoxa çıxdı

9 Sentyabr 2024 21:11
Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Siyəzəndə gəncin itkin düşməsi ilə bağlı bəzi detallar məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayon sakini 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.

Yaxınları bildiriblər ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsi olan Mahmud bir müddət əvvəl onlayn oyunlara qurşanıb. Ailə üzvləri onu bu vərdişindən çəkindirməyə çalışıblar.

İtkin düşən gəncin atası Kamal Məlikovun sözlərinə görə, oğluna aid telefon və siqaret Samur-Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində tapılıb.

Mahmud Məlikovun özünü kanala atdığı ehtimal edilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.