Dənizçilərin nəzərinə
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Dəniz və Liman Agentliyi (DDLA) tərəfindən təqdim edilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələri üzrə sənəd qəbulu və hazır şəhadətnamələrin təhvil verilməsi 19 avqust 2024-cü il tarixindən etibarən "Bakı KOB evi"ndə təşkil olunacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, məqsəd Agentlikdə həyata keçirilən islahatların davamı olaraq operativlik, şəffaflıq, peşəkarlıq səviyyəsinin artırılması, vətəndaşların vaxt itkisinin azalması, vətəndaş məmnunluğunun təmin edilməsidir.
Belə ki, Agentlik tərəfindən "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın, habelə müvafiq sahə üzrə milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla "Bakı KOB evi"ndə aşağıdakı xüsusi hazırlıq kursları üzrə müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi təmin ediləcək:
- "Neft və kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair ilkin hazırlıq və kvalifikasiya" (yalnız gəmilərin sıravi heyət üzvləri üçün);
- "Gəmidə ilk tibbi yardım";
- "Gəmidə tibbi nəzarət";
- "İzdihamın idarə olunması üzrə hazırlıq";
- "Böhran zamanı idarəetmə və insan davranışı üzrə hazırlıq";
- "Sərnişinlərin, yükün və gəmi gövdəsinin təhlükəsizliyi üzrə hazırlıq";
- "Gəmi mühafizəsi üzrə ümumi hazırlıq və təlimat";
- "Gəmi mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı";
- "Gəmi mühafizəsi üzrə məsul şəxs".
Dənizçilərdən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
- Şəxsiyyəti təsdiq edən sənəd;
- Peşəsi haqqında nəzəri və ya işçi diplom;
- Dövlət Dəniz və Liman Agentliyi tərəfindən uyğunluq haqqında Şəhadətnamə verilmiş tibb müəssisələrindən sağlamlıq haqqında arayış (dənizçinin tibbi sertifikatı);
- Yenilənməsi üçün müraciət edilən xüsusi hazırlıq şəhadətnaməsi;
- Ümumvətəndaş pasportu (yalnız xarici sularda üzən dənizçilər üçün);
- Dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd (qəbz);
- Üzmə haqqında arayış (müvafiq təyinatlı gəmidən son 5 ildə 12 aylıq və ya son 6 ayda 3 aylıq), gəmilərdə işlərə cəlb olunan qeyri-dənizçilər və ya sənaye işçiləri üçün iş yerindən müvafiq sahə üzrə arayış (12 aylıq).
Qeyd edilən tarixədək adıçəkilən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi Agentliyin inzibati binasında həyata keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
XƏBƏR LENTİ
-
Bədənin əsl yaşı gözlərdə gizli imiş
-
Qrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
-
Tam buğda və ya qarabaşağı unudun: Ən sağlam un ortaya çıxdı
-
Bəxt və uğur üçün hər gün deyilməli olan 5 söz
-
Bakıda ev qiymətinə “07” satılır - (Foto)
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur





