Ölkə

Bu gün üç rayonda qaz kəsiləcək

8 İyul 2024 09:46
Baxış: 2 893
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Sabirabad, Hacıqabul və Ağsu rayonlarının qaz təchizatında məhdudiyyət yaranacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Qazıməmməd-Qazax I xətt" yüksək təzyiqli magistral qaz kəmərinə yeni çəkilmiş yüksək təzyiqli qol kəmərinin birləşdirilməsi ilə bağlı iyulun 8-də saat 08:00-dan etibarən işlər başa çatanadək "Qarasu əhali" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Sabirabad rayonunun (16 kənd və 35 qeyri-yaşayış sahəsinin) bir hissəsinin Hacıqabul rayonunun (10 kənd, 2 qəsəbə və 28 qeyri-yaşayış sahəsi) bir hissəsinin və Ağsu rayonu üzrə Padarqışlaq kəndinin qaz təchizatında məhdudiyyətin yaranması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.