Türkiyə mətbuatı: Şuşa Zirvə görüşü türk dünyasının birliyi yolunda mühüm addımdır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı xəbər agentlikləri, televiziya kanalları və mətbu nəşrləri bir gün əvvəl Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünü geniş işıqlandırıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Sabah" qəzeti Şuşa Zirvə görüşü barədə "Bizim gücümüz birliyimizdədir" sərlövhəli məlumat verib. Materialda Azərbaycan Prezidenti İlham Əliyevin XXI əsrin türk dünyasının inkişaf və tərəqqi dövrünə çevrilməsinin zəruriliyi haqqında söylədiyi fikirlər sitat gətirilir. Bu görüşün türk dövlətləri arasında əlaqələrin daha da konsolidasiyası və möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanır.
Türkiyənin NTV telekanalı hazırladığı reportajda Türkiyənin xarici işlər naziri Hakan Fidanın tezliklə türk dünyasının vahid əlifbasını yaratmaq çağırışına diqqət çəkib.
DHA və Anadolu xəbər agentlikləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Şuşadakı çıxışı barədə ətraflı məlumat veriblər.
Materiallarda Türkiyə nümayəndə heyətinin rəhbərinin Qarabağın tarixən Azərbaycana məxsus olduğu, Ankaranın BMT-nin İqlim Dəyişmələri üzrə 31-ci Konfransına (COP31) ev sahibliyi etməyə hazır olması və Orta Nəqliyyat Dəhlizinin inkişafının əhəmiyyəti barədə söylədiyi fikirlərə diqqət yetirilir.
"Hürriyyət" qəzetinin yazılarında Ankaranın Ermənistanla dialoqa dair mövqeyi, vahid türk əlifbasının yaradılması, Türkiyənin Ukraynada müharibəyə son qoymaq səyləri və ŞKTC xalqının hüquqlarının təmin edilməsinin vacibliyinə diqqət yetirilir.
Nəşr Türkiyənin xarici işlər naziri Hakan Fidanın çıxışından bəhs edərək, onun Yaxın Şərqdə qırğını dayandırmağın zəruriliyi ilə bağlı sözlərini sitat gətirir: "Türk dünyası bölgədəki humanitar dramdan üz çevirməməlidir".
ŞKTC mediası da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün türk dünyasında birlik və əməkdaşlıq baxımından əhəmiyyətindən yazıb.
Şimali Kiprin BRTK telekanalı ŞKTC Prezidenti Ersin Tatar və Türk Kiprin xarici işlər naziri Tahsin Ərtoğluoğlunun Şuşadakı çıxışları barədə oxuculara məlumat verib, Azərbaycanın mədəniyyət paytaxtından reportajlar hazırlayıb, canlı yayımlar edib. Telekanal ŞKTC rəhbərliyinin Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə dəvət olunmasının əhəmiyyətinə diqqət çəkib və sammitin təşkilini yüksək qiymətləndirib.
"Halkın Sesi" və "Kıbrıs Hakikat" qəzetləri Şuşa Zirvə görüşünün mövzusu ilə bağlı bir sıra xəbərlər dərc edərək, Kipr türklərinin lideri və ölkənin xarici işlər nazirinin rəhbərinin Şuşada çıxışlarından ətraflı bəhs edib.
"Kıbrıs Postası" nəşri Şimali Kipr diplomatiyasının başçısının Azərbaycandakı çıxışı ilə bağlı ayrıca xəbər hazırlayıb. "Ərtoğruluoğlu türk dünyasının liderlərinə Lefkoşanın üstünlükləri barədə məlumat verib, onun əməkdaşlığa və ŞKTC-nin inkişafına hazır olduğunu vurğulayıb", - deyə qəzet yazır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir





