Ölkə

Azərbaycanlı astroloqdan yay üçün SEVİNDİRİCİ PROQNOZ

29 İyun 2024 20:50
Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yay başından aşağı bolluq, bərəkət, pul, zənginlik axacaq bürclər açıqlanıb. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə məşhur azərbaycanlı astroloq Rəşad Hacıyev açıqlama verib. 

Onun sözlərinə görə, bu siyahıda olan bürclərin 2024-cü ilin yayında şans üzlərinə güləcək. Bu yay həm pul, həm də həyatlarındakı istəklərdən yana şans onlarla olacaq. 

Astroloq yay aylarında şansı gətirəcək 5 bürcü təqdim edib:

1. Bu yayın ən şanslı, ən dəstəkləyicisi, ən pullu bürcü Əkizlərdir. Əkizlər bürcü, bu yay həyat sizin üzünüzə gülür. Pulunuz, maddi durumunuz, bərəkətiniz maksimumda olacaq. İstəkləriniz, xəyallarınız, arzularınız gerçəkləşəcək. Uzun bir period siz xoşbəxt olacaqsınız. 

2. Tərəzi bürcləri, bu yay sizindir. Kef edin, əylənin. Həyatınızdakı bolluğun, bərəkətin, zənginliyin dadını çıxarın. Tam sizin zamanınızdır. 

3. Dolçalar, bu yay sizin vaxtınızdır. Nəyinki, bu yay, hətta daha uzun müddət şans, bolluq, bərəkət sizinlə olacaq. Mükəmməl bir şəkildə kainatdan dəstəklənəcəksiniz. 

4. Qoçlar da eyni digər bürclər kimi şanslı olacaqlar. Bir az həyatınızda çətin dəyişimlər keçə bilər, normaldır. Buna baxmayaraq, şans sizdən yanadır. Pul, bolluq, bərəkət sizi tapacaq. 

5. Şir bürcünün bu yay şans üzünə güləcək. Həyatında çox gözəl yeni dəyişimlər olacaq. Qoçlardan fərqli olaraq şirlər daha rahat dəyişimlər yaşayacaq. Şir bürcləri bu yay sizin üçün olduqca gözəldir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.