İdman

Avropa çempionatının iştirakçı ölkələri futboldan başqa hansı sahədə çempion olardı?

1 İyul 2024 22:42
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa çempionatı zamanı "BILD"in köşə yazarı Sebastyan Qalıqa hər bir iştirakçı ölkənin futboldan başqa hansı sahədə çempion ola biləcəyini müzakirə edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, jurnalist müxtəlif sahələr üçün xəyali avrokuboklar yaradıb və hər bir ölkənin Avropada hansı sahədə lider olduğunu təsvir edən interaktiv xəritə hazırlayıb. Budur bəzi nümunələr:

• Ukrayna günəbaxan yağı istehsalı üzrə Avropa çempionudur. Müharibəyə baxmayaraq, onlar bütün Avropa İttifaqı ölkələrinin birləşdiyindən daha çox istehsal edirlər.

• Çexiya pivə istehlakında liderdir. Orta hesabla orada hər bir sakin ildə 136 litr, Almaniyada isə yalnız 92 litr pivə içir.

• Yuyucu vasitələrə xərcləmə üzrə çempion Avstriyadır. Orta hesabla, hər bir avstriyalı onlara ildə 13,5 avro, bir alman isə cəmi 10,7 avro xərcləyir.

• Belçika dondurma istehlakında liderdir. Orta hesabla orada hər bir sakin ildə 11,5 kiloqram dondurma yeyirsə, Almaniyada bu iki dəfə azdır.

• Gürcüstan erkən analıq üzrə liderdir. Orada orta hesabla ilk uşaq 25,9 yaşında doğulur ki, bu da Almaniyadan dörd il tezdir.

• Polşa ətirdən istifadə üzrə çempiondur. Polyakların 78 faizi bundan müntəzəm istifadə edir

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.