Dünya

Bu, müasir cəmiyyətdə yolverilməzdir - Ərdoğan

1 İyul 2024 22:13
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir cəmiyyətdə miqrantlara qarşı ksenofobiya və nifrətin qızışdırılması yolverilməzdir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının funksionerlərinə müraciət edərkən bildirib.

Dövlət başçısı siyasi məqsədlərlə ksenofobiya kartının oynanılmasını "zəiflik" adlandırıb.

"Heç kimin qısamüddətli siyasi dividendlər və populizm adı ilə cəmiyyəti parçalamağa haqqı yoxdur. Barbarlıq və vandalizm qəbuledilməzdir", - Ərdoğan bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyənin hakim partiyası populizm mövqeyindən çıxış etməyib və heç vaxt etməyəcək.

"Türkiyənin sabitliyini pozmaq, inkişafını dayandırmaq, onu geriyə atmaq cəhdləri uğurlu olmayacaq", - o qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.