Maaşın saat hesabı ilə ödənməsi işçiyə sərf edir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu təklif Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən səsləndirilib. Əminəm ki, nazirlik bunun zəruriliyi ilə bağlı daha geniş izahat verə bilər. İnkişaf etmiş ölkələrdə belə praktika var. Burada əsas məqsəd ondan ibarətdir ki, işçinin əməyinin daha səmərəli şəkildə qiymətləndirilməsi mümkün olsun.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a iqtisadçı, millət vəkili Vüqar Bayramov ölkəmizdə aylıq əmək haqqının saat hesabı ilə ödənilməsi təklifini şərh edərkən deyib.
Onun sözlərinə görə, saatlıq ödəniş bir sıra üstünlükləri ilə diqqət çəkir:
"Bu, əmək haqqı məbləğinə və işçinin əməyinin qiymətləndirilməsinə imkan yaradır. Həm də işçi üçün bir neçə mənbədən əmək haqqı almaq imkanı deməkdir. Çünki saatlıq iş rejimi ilə çalışan vətəndaş bir neçə təşkilat və müəssisə ilə əməkdaşlıq edib, əmək müqaviləsi bağlaya bilər. Bu da onun bir neçə mənbədən gəlir əldə etməsinə imkan yaradır. Digər üstünlük ondan ibarətdir ki, işçi qeyri-iş günləri, eləcə də iş saatlarından sonra işləyərsə, o halda onun əməyi əmsala vurulmaqla qiymətləndirilir. Həmin şəxsin maaşı ikiqat hesablanır. Adi iş günü ilə müqayisədə həftə sonu və qeyri-iş günlərində çalışrsa, hər saata görə iki dəfə çox əmək haqqı almaq imkanına malik olur. Bu, həm də "overtaym" deyilən iş rejimlərində və zamanlarında işçinin əməyinin daha yüksək qiymətləndirməsinə imkan yarada bilər".
Millət vəkili bildirib ki, burada minimum əmək haqqı ilə bağlı qanunun tələbləri də nəzərə alınmalıdır:
Nəticə etibarı ilə burada saatlıq, aylıq minimum əmək haqqı prinsiplərinin qorunub saxlanılması vacibdir".
Qeyd edək ki, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "İşçi qüvvəsi" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il iyulun 1-dək aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı ilə əvəz edilməsi ilə bağlı təklifləi hazırlamalı və aidiyyəti üzrə təqdim etməlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüşü söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsi qaçırıldı - (Foto)
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı





