Ölkə

Xaçmazda da ağır qəza: yaralılar var

13 May 2024 23:29
Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 13-ü axşam saatlarında Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Xaçmaz-Quba yolunun Hacıəlibəy kəndi ərazisindən keçən hissəsində VAZ 2104 və "Şevrolet Kruz" markalı nəqliyyat vasitələri toqquşub.

Qəza zamanı avtomobillərdə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.