Hərbi xidmətə çağırışla bağlı qanunsuzluqlar araşdırılır, 3 vəzifəli şəxsə xəbərdarlıq edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması və profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, bu məqsədlə prokurorluq orqanlarına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunan məlumatlar və vətəndaş müraciətləri əsasında vəzifəli şəxslərin, qanunazidd əməllərin törədilməsində vasitəçilik, habelə digər formada iştirak etmiş şəxslərin barəsində araşdırma aparılıb.
Belə ki, 2023-cü il ərzində prokurorluq orqanlarında qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları üzrə ümumilikdə 78 material üzrə araşdırma aparılıb (onlardan 15-i SHXÇDX-dən daxil olub, 63-ü isə vətəndaş müraciəti üzrə araşdırılıb).
Həmin materiallardan 12-si üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılıb və 13 şəxs məhkəmə məsuliyyətinə verilib. Habelə, 15 material üzrə digər prokuror təsir tədbirləri tətbiq olunub, qalan materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Qeyd olunan dövr ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin 3 vəzifəli şəxsinə xəbərdarlıq elan edilib, aşkar olunmuş qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədilə isə qurumun 16 əməkdaşı barəsində təqdimat verilib.
2024-cü ildə prokurorluq orqanlarında bu kateqoriya məlumatlarla bağlı 18 material üzrə araşdırma aparılaraq (onlardan 7-si SHXÇDX-dən daxil olub, 11-i isə vətəndaş müraciəti üzrə olub), 1 halda cinayət işi başlanıb, digər materiallar üzrə isə hazırda araşdırma davam etdirilir.
Hərbi xidmətə çağırışla bağlı törədilən qanunsuzluqlara qarşı mübarizə tədbirləri aidiyyəti dövlət orqanları ilə birgə bundan sonra da davam etdirilərək nəticəsi barədə ictimaiyyətə məlumatın verilməsi təmin olunacaqdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ayselin villası (Video)
-
Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb (Foto)
-
"Turan Tovuz" ilk yoxlama matçına çıxdı
-
Gəncədə qadın boşanmaq istəyən ərini avtomobillə vurdu
-
81 yaşlı Nebahat Çehre çimərlik geyimində (Foto)
-
İmtahanda ən yükəsk balı onlar topladı (Foto)
-
İsmail Hacıoğlu “Yeraltı”nda - (Foto)
-
Meksika sahillərində 7.3 ballıq zəlzələ olub, sunami təhlükəsi elan edilib
-
Finala təyinat aldı, göz yaşlarını saxlaya bilmədi - (Video)
-
Aleksandr Maslyakovun həyat yoldaşı vəfat etdi (Foto)
-
Brenda Friker vəfat etdi
-
"Qızımın12 yaşı olanda ondan ayrıldım" - Nahidə Orucova kövrəldi
-
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub (Foto)
-
Festivalları fəth edən film indi yalnız Park Cinemada (Foto)
-
6 ölkənin iştirakı ilə “Birliyin Gücü – 2026” konfransı keçirilib (Foto)
-
AQTA xaricdən gətirilən heyvanlarla bağlı tələbləri açıqladı
-
Travmatoloqdan xəbərdarlıq: İdmanda bu səhvlər ciddi zədələrə səbəb olur
-
Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?
-
Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Rəsmi cavab
-
"Qarabağ”ın futbolçusu komandadan kənarlaşdırıldı
-
Prezident İlham Əliyev gömrük rüsumundan azad edilən hüquqi şəxslərin siyahısının genişləndirilməsini təsdiq edib
-
Azərbaycan Rusiya ilə Ukrayna arasındakı münaqişənin sülh yolu ilə nizamlanmasına çağırır - Ceyhun Bayramov
-
Qəbul imtahanında 4 abituriyent maksimum bal topladı
-
II və III qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı





