Ölkə

Kolbasalar haqqında dəhşətli faktlar üzə çıxdı

28 Fevral 2024 11:34
Baxış: 1 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kolbasalar ət məhsulu hesab edilsə də, bu, heç də belə deyil. Çünki əksər kolbasa məhsullarının tərkibində ət çox az miqdarda olur.

Maraqlıdır, görəsən, keyfiyyətli kolbasanı necə ayırd etmək olar?

Qida üzrə ekspert Məhsəti Hüseynova Baku TV-yə bildirib ki, məhsulun rəngi keyfiyyətindən xəbər verir:

"Açıq rəngdə, çəhrayıya çalan rəng olmalıdır. Kolbasa ət məhsuludur. Onun hazırlanmasında 70 faiz ət, 30 faiz isə köməkçi maddələrdən istifadə edilməlidir. Həmçinin kolbasanın qabığını üzərindən ayıran zaman quru olmalıdır, üzəri yapışqan və ya sulu olmamalıdır".

Mütəxəssis qeyd edib ki, kolbasanın keyfiyyətli olduğunu göstərən amillərdən biri də məhsulun daha bərk olmasıdır:

"Kolbasanı kəsəndə içindəki əlavə inqrediyentlər görünməməlidir və boşluqlar olmamalıdır. Əgər məsamələr varsa, bu o deməkdir ki, kolbasanın hazırlanmasında təkcə ətdən deyil, həm də dəri və qığırdaqlardan istifadə olunub".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.