Ölkə

Azərbaycanda dəhşət - 19 yaşlı qızda "vampir" xəstəliyi aşkarlandı - VİDEO

12 Dekabr 2023 09:29
Baxış: 5 250
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Appendisit şübhəsilə xəstəxanaya daxil olan şəxsin nadir hallarda akşarlanan xəstəlik olduğu üzə çıxıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, həmin pasiyent el arasında "vampir" kimi bilinən "porfiriya"ya yoluxub.

Həkimlərin fikrincə, bu xəstəlik il ərzində dünyada 10 milyonda 1 nəfərdə aşkarlanır.

Söhbət Gəncədə yaşayan 19 yaşlı qızdan gedir. O, özəl klinikaların birində həkim işləyən Cavanşir Ağayevin pasiyenti olub. Həkim deyib ki, bu xəstəliyin diaqnozunu qoymaq çətindir.

Onun sözlərinə görə, "porfiriya" xəstələrində günəş şüalarının təsirindən dəridə suluqlar, yaralar əmələ gəlir. Yaralar sağalanda yerində insanı eybəcər hala salan çapıqlar qalır.

Cavanşir Ağayevin sözlərinə görə, hazırda xəstənin vəziyyəti yaxşıdır və o evə buraxılıb.

Bu xəstəliyin aşkar edildiyi insanlar 1 il ərzində nəzarətdə saxlanmalıdılar. Həmin müddətdən sonra isə xəstə tam sağalmış hesab olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.