Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz şəkildə geri dönməlidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistandan didərgin düşən azərbaycanlıların öz torpaqlarına qayıtması çox önəmlidir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət Və İnkişaf Partiyasının (AKP) sədr müavini Zəfər Sırakaya "Ermənistandan didərgin salınmış Azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Birinci Qarabağ Müharibəsi silinməz yaralar açdı. Minlərlə insan öz doğma torpaqlarından didərgin düşdü. Onların mədəni abidələri, ibadət yerləri dağıdılıb. Həmin insanlar ədalətli şəkildə torpaqlarına geri dönməlidir", - deyə o əlavə edib.
Z.Sırakaya bildirib ki, Azərbaycan Vətən müharibəsində qazandığı qələbə ilə regiondakı ədalətsizliyə son qoydu.
"İndi beynəlxalq ictimaiyyət çalışmalıdır ki, Ermənistandan didərgin düşən azərbaycanlılar təhlükəsiz və ədalətli şəkildə geri dönsün. Beynəlxalq təşkilatların bu prosesdə rolu böyükdür və kənarda qala bilməz. Biz çox gözəl bilirik ki, Azərbaycan antiterror əməliyyatlarında Qarabağın erməni əhalisinə çağırış edərək, orada qalmalarını, birgəyaşayışın mümkün olduğunu bildirib. Lakin Ermənistanda olan müəyyən qruplar regionda olan vəziyyətin əksinə hərəkət etdilər. Ermənistana dəstək olan o dairələr bu gün insan hüquqlarının təminindən danışırlar. Amma Ermənistan didərgin düşən azərbaycanlılara göz yumub", - deyə o əlavə edib.
Qeyd edək ki, "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıdışını təmin etmək: Qlobal məzmun və ədalətli həll" mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə 30 ölkədən 100-dən çox qonaq iştirak edir.
Konfrans Ermənistandan azərbaycanlıların qovulması, beynəlxalq aləmdə köçkünlük problemi, beynəlxalq hüquqda qayıdış məsələsi, praktikada qayıdış sahəsində çətinliklər və uğurlar, müxtəlif regionlarda bu sahədə vəziyyət kimi məsələlərə dair tanınmış beynəlxalq ekspertlər və ictimai-siyasi xadimlərin iştirakı ilə panel müzakirələri formasında öz işini davam edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
XƏBƏR LENTİ
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb





