Ölkə

Vaksin olunan uşaqlar da qızılcaya yoluxa bilərlər - VİDEO

5 Dekabr 2023 11:04
Baxış: 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızılcaya qarşı bir dəfə vaksin olunan uşaqlar virusa yenidən yoluxa bilərlər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu həkim Adil Qeybulla deyib.

Həkim bildirib ki, yayılan qızılcanın hansısa virusdan qaynaqlandığı ilə bağlı yayılan iddialar əsassızdır. Onun sözlərinə görə, hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Həkim qızılcadan ölümün əsas səbəblərini də açıqlayıb.

Adil Qeybulla hesab edir ki, epidemioloji vəziyyətin pisləşməsi uşaqların müəyyən qisminin peyvənd olunmaması ilə bağlıdır.

Onun sözlərinə görə, valideynlərin bu məsələyə vaxtında ciddi yanaşmaması vəziyyəti bir qədər çətinləşdirib. Nəticədə yoluxmalar kəskin artıb.

Həkim əlavə edib ki, epidemioloji vəziyyəti nəzərə alaraq, icbari peyvəndləmə başlanmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.