Ölkə

Kimsə sizdən rəsmi parkinq yerində pul istəyirsə... - Ekspertdən açıqlama

30 Noyabr 2023 17:53
Baxış: 1 072
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Parklanmaya görə nağd ödənişlər qanunsuzdur".

Milli.Az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı özünün "Facebook" hesabında yazıb.

O, parklanma ilə bağlı bir sıra məqamları da açıqlayıb:

"Rəsmi parkinq yerində ödəniş tələb etmək qanunsuzdur. Həmçinin kimsə axşam saat 10-dan sonra sizdən rəsmi parkinq yerində pul istəyirsə, bu yolverilməzdir. O cümlədən, bazar günü rəsmi parkinq yerində sizdən pul təıəb edilməsinə də qanun icazə vermir". 

Ekspert burda söhbətin yerüstü parkinq yerlərindən getdiyini vurğulayıb.

"Azərbaycanda bazar günü və hər gün axşam saat 10-dan səhər saat 7-yə qədər parkinq pulsuzdur. Parklanma yerlərində ödənişlər yalnız onlayn qaydada həyata keçirilir.Bəziləri axşam saat 10-dan sonra AzParkinq-in əməkdaşları ərazini tərk edən kimi və bazar günü əraziyə gələrə vətəndaşları aldadır və deyir ki, bazar günü və axşam saat 10-dan sonra parklanmaya biz baxırıq. Bütün bunlar qanunsuzdur və heç kimə ödəniş etməyə bilərsiniz", - E. Muradlı əlavə edib.

Xəyal
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.