Astarada torpaq sürüşməsi intensivləşdi, 7 evə gedən yol... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Astara rayonunun Şahağacı kəndində intensivləşən torpaq sürüşməsi 50-yə yaxın ev üçün təhlükəli vəziyyət yaradıb.
Milli.Az APA-ya istinadən bildirir ki, Astara rayonunun Şahağacı kəndi ərazisində torpaq sürüşməsi intensivləşib. Ərazidən keçən Pensərçay qarşısına çıxdığı torpaq qatını yuyaraq, evlərə doğru istiqamət alır. Pensərçay, sağ və sol sahillərinə doğru 20 - 25 metr genişlənib. Sakinlər deyir ki, yol daraldığından ağır tonnajlı yük maşınları yoldan keçə bilmir. Əraziyə çağrılan təcili yardım maşınları isə uzaqda saxlamağa məcbur olur.
Torpaq sürüşməsi vətəndaşların həyətyani sahələrindəki tikililərə, meyvə bağlarına da ciddi ziyan vurub. Torpaq sürüşməsi 20 metr enində, 50 metr uzunluğunda torpaq qatını uçuraraq, kənd sakinləri Səfail İbadov, Möhsün Möhsümov və digərlərinin həyətyani sahələrindəki hamam - ayaqyolunu, 50 - ə yaxın sitrus, eləcə də meyvə ağaclarını aparıb.
İndi sakinləri narahat edən odur ki, əgər çay kənarına bənd vurulmasa, növbəti seldə daha böyük fəsadlar yarana bilər və 50 - ə yaxın ailə yaşadıqları evləri tərk etmək məcburiyyətində qalacaqlar.
Məsələ ilə bağlı Şahağacı kənd bələdiyyəsinin sədri Samir Mayilov APA-ya bildirib ki, "7 evə gedən yol tamamilə yuyulub. Gediş - gəliş üçün məhdudiyyətlər yaranıb. Baş verən təbii fəlakətlə bağlı dərhal rayon icra hakimiyyətində komissiya yaradılıb. Yaradılan komissiya ilə birgə həmən yerlərə baxış keçirilib. Fövqalada Hallar Nazirliyinin (FHN) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumlarına müraciət olundu. Onların əməkdaşları gəlib yerlərdə baxış keçirib və aktlaşdırılıb. Ərazidə bəndləşmə işləri ilə bağlı müəyyən tapşırıqların verilməsi ilə müzakirə olundu".
Qeyd edək ki, ilin sonuna kimi ərazidə tədbirlərin görülməsi nəzərdə tutulub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)





