Sumqayıt avtobusları “BakıKart”a keçir? - Rəsmi AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat 2 ildən çoxdur nağd ödənişə qaytarılıb. 2021-ci il sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, bu natamamlıq cəmi 54 gün çəkib. Səbəb aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatının keyfiyyətsiz və yararsız çıxması olub. Nəticədə külli miqdarda zərərlə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, elə həmin vaxtdan "Sumqayıt Nəqliyyat" MMC tərəfindən Türkiyədən yeni validatorların gətirilməsi sifariş edilib. Amma hələ də yeni validatorların gətirilməsi barədə məlumat yoxdur.
Az müddət öncə Sumqayıtın nəqliyyat sistemi şəhər İcra Hakimiyyətinin tabeliyindən alınaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyinə verilib.
Şəhər sakinlərini narahat edən başlıca problemlərdən biri nəhayət ki, avtobuslarda gediş haqqı ödənişinin kart sisteminə keçirilməsinin nəticəsi ilə bağlıdır.
Maraqlıdır, Sumqayıtda fəaliyyət göstərən ictimai nəqliyyat kart sisteminə nə vaxt keçəcək və "BakıKart" Sumqayıtda da keçərli olacaqmı?
Məsələ ilə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Bizim.media-ya açıqlamasında bildirib ki, agentlik köhnədən miras qalan bütün məsələləri mərhələli şəkildə həll etmək niyyətindədir:
"Sumqayıt şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət ötən il AYNA-ya keçib. Hər şeyi sıfırdan qururuq. Ölkə üzrə sərnişindaşımada nağdsız ödəniş sisteminin sürətləndirilməsi ilə bağlı tapşırıq verilib və işçi qrup yaradılıb. Sumqayıt şəhərində də bu məsələ prioritet hesab olunur. Nağdsız ödəniş sisteminə keçidlə bağlı Sumqayıtda layihə hazırlanır".
"BakıKart"ın Sumqayıtda tətbiqinə gəlincə, Tural Orucov bu barədə hələ məlumatın olmadığını vurğulayıb.
Xatırladaq ki, "Sumqayıt Nəqliyyat" MMC-nin tərəfdaşlığı ilə Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq 2021-ci ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar - validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib.
Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çağla Şikel yeni sevgilisi ilə... - FOTOlar
-
Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək
-
"Hamıya şəhərdə ev almışdım"
-
Kubada Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
-
Anasının ağır vəziyyətdə FOTOsunu paylaşdı
-
Məşhur cütlüyün oğlundan yeni FOTO
XƏBƏR LENTİ
-
Çağla Şikel yeni sevgilisi ilə... - FOTOlar
-
Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək
-
Azərbaycan millisində yeni futbolçu
-
"Hamıya şəhərdə ev almışdım"
-
Linus Torvalds: "Süni intellekt inqilab deyil, sadəcə yeni bir alətdir"
-
Səyahətdən sonra "jet lag"ı ən qısa müddətdə necə keçirmək olar?
-
Kubada Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
-
Dünyanın ən böyüyü idi, rəngini dəyişdi: Nəhəng aysberq göyərdi
-
Saxta xamanı necə tanımaq olar?
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək
-
Anasının ağır vəziyyətdə FOTOsunu paylaşdı
-
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
-
Ənənədən gələn xırtıldayan ləzzət: Yağ mantısı resepti
-
Məşhur cütlüyün oğlundan yeni FOTO
-
Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı - VİDEO
-
"Al market"in tavanı çökdü - VİDEO
-
Gəlini ilə münasibətlərindən DANIŞDI
-
Tezliklə cekpotu vuracaq BÜRCLƏR
-
Addai məşhur İtaliya klubunda oynaya bilər
-
"Məni əvəz edəcək aktyor YOXDUR"
-
Dünya çempionatını buraxacaq
-
Şakiradan maraqlı ETİRAF
-
Zəncirvari QƏZA: 2 ölü, 4 yaralı var - Yenilənib - FOTO





