Ölkə

Xocalıda tarix boyu azərbaycanlılar YAŞAYIB... - VİDEO

10 Sentyabr 2023 11:49
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Valeh Hüseynov 1968-ci ildə Xocalıda anadan olub.  O, orta məktəbi burada oxuyub və burada da boya-başa çatıb.

Rayon təbiətinin əsrarəngizliyindən söz açan müsahib bildirir ki, qohumları, ailə üzvləri hamısı Xocalıda doğulub, böyüyüb, yaşayıblar.

Valeh Hüseynov deyir ki, Xocalıda heç vaxt ermənilər olmayıb, tarix böyu burada azərbaycanlılar yaşayıb.

Müsahib deyir ki, Xocalı ermənilər tərəfindən işğal olunandan sonra əzəli yurdlarından uzaq düşüblər.  Xocalı soyqırımı zamanı iyirmi yeddi gün erməni girovluğunda qalan Valeh Hüseynov əzab-əziyyətlərə və olmazın işgəncələrə məruz qalıb.

Xocalı Azərbaycanın əzəli torpağı, qədim yurd yeridir. Ermənilər nə qədər beynəlxalq ictimaiyyəti aldatmağa çalışsalar da tarix öz sözünü deyir.

Milli.Az Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.