Ölkə

Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik verilişi dayandırılıb - SƏBƏB

10 Sentyabr 2023 10:43
Baxış: 968
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İldırım çaxması nəticəsində Yevlaxda bir sıra yaşayış məntəqələrinə elektrik enerjisi verilişi dayandırılıb.

Bu barədə APA-ya Yevlax Şəhər İcra Hakimiyyətindən xəbər verilib.

Qeyd edilib ki, rayon ərazisində müşahidə edilən əlverişsiz hava şəraiti ilə əlaqədar rayonun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb. Belə ki, 10.09.2023-cü il tarixdə saat 03:55 radələrində güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının nəzarəti altında "Yevlax Elektrik Şəbəkə"-nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin qısa müddətdə bərpa edilməsi üçün işlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.