Ölkə

Qafar Əsgərzadə: “Ümid edirik ki, gətirdiyimiz ərzaq yükü tezliklə erməniəsilli sakinlərə çatdırılacaq” - FOTO

3 Sentyabr 2023 13:28
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq 6-cı gündür ki, AzQAC-ın nümayəndələri, könüllüləri humanitar missiyasını həyata keçirmək üçün burdadırlar.

Milli.Az xəbər verir ki, bunu Trend-in Qarabağ bürosuna Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) vitse-prezidenti Qafar Əsgərzadə bildirib.

"Bizim bu xeyirxah addımımızın məqsədi Qarabağda yaşayan erməniəsilli sakinlərə ərzaq yardımını, konkret olaraq 40 ton unun çatdırılmasıdır. AzQAC rəhbərliyi tərəfindən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılıb. Ancaq indiki ana qədər müsbət cavab yoxdur. Ümid edirik ki, bizim xeyirxah addımımız, humanitar missiyamız düzgün dəyərləndiriləcək və tezliklə gətirdiyimiz ərzaq yükü həmin insanlara çatdırılacaq", deyə o bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.