Ölkə

Hacıqabulda bələdiyyə sədri cəzalandırıldı - FOTO

21 Avqust 2023 09:40
Baxış: 1 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabulda bələdiyyə sədri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Muğan qəsəbəsi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə qeyd olunan qəsəbə bələdiyyəsinin sədri barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və aidiyyəti üzrə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.