Ölkə

Sürücülərin NƏZƏRİNƏ! - Bu halda DYP sizi SAXLAYACAQ - VIDEO

20 Avqust 2023 10:13
Baxış: 2 234
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobilin dövlət qeydiyyat nişanı yararsız olan sürücülərə xəbərdarlıq edilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, törədilə biləcək hər hansı bir inzibati xəta zamanı xüsusi texniki vasitələr nömrəni dəqiq qeydə almaqda çətinlik çəkir və yaxud elektron protokol başqa bir şəxsə tərtib olunur.

Belə faktların qarşısını almaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib. İdarənin əməkdaşı Elvin Hacıyev deyir ki, sürücülər nəqliyyat vasitələrinin nömrə nişanına mütəmadai olaraq nəzarət etməlidirlər.

Adətən avtomobilin  dövlət qeydiyyat nişanında hərf, rəqəm və bayrağın zədələnməsi avtoyuma məntəqələrində şırnaqlı suyun yaxından vurulması zamanı olur. Əgər nömrə nişanları normada nəzərdə tutulan standartların tələblərinə cavab verməsə, nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıq olduğuna görə həmin nəqliyyat vasitələri yol hərəkətindən kənarlaşdırılır. Yəni yol polisinin ixtiyarı var ki, həmin nəqliyyat vasitəsini saxlasın və onların istismarını qadağan etsin.

Qeyd edək ki, sürücü avtomobilinin qeydiyyat nişanında nasazlıq aşkar etdikdə ərazi üzrə qeydiyyat, imtahan mərkəzlərinə yaxınlaşıb, cütünə 50 manat ödəməklə yenisini ala bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.