Ölkə

"Nikosayağı" ilə qəzada ölən Ruslanın ailəsi arasında dava düşüb? - AÇIQLAMA

17 Avqust 2023 11:00
Baxış: 3 995
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Nicat və Ruslanın ailələri arasında mübahisənin düşməsi yayılan məlumat yalandır. Bunlara inanmayın".

Milli.Az xəbər verir ki, bu sözləri blogerin dostu, rəqqas Ramil Qasımov sosial şəbəkədə bildirib.

O həmçinin deyib ki, Nicat Şakirliyinin vəziyyəti stabildir və palataya köçürüləndə yanına gedəcək.

Qeyd edək ki, Bakıda Nizami rayonu, Heydər Əliyev prospektində Nicat​ Şakirlinin idarə etdiyi "Porsche" markalı​ avtomobil qarşıda gedən "Scania" markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində avtomobili idarə edən Nicat Şakirlinin sərnişini - Gəncə şəhər sakini 1996-cı il təvəllüdlü ​Ruslan Şahin oğlu Məmmədov hadisə yerində həyatını itirib. "Nikosayağı"nın isə sağ qolu dirsəkdən aşağı amputasiya olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.