Ölkə

"Nikosayağı"nın törətdiyi dəhşətli qəzada ölən İŞ ADAMININ OĞLU İMİŞ

15 Avqust 2023 09:39
Baxış: 3 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nikosayağı kimi tanınan bloger Nicat Şakirlinin düşdüyü qəza zamanı ölən şəxsin adı açıqlanıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində ölən şəxsin 27 yaşlı Ruslan Məmmədov olduğu müəyyənləşib.

Məlumata görə, qəza nəticəsində onun artıq həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, o, tanınmış iş adamı Şahin Məmmədovun oğludur.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.