Ölkə

Azərbaycanda istirahət mərkəzində kütləvi zəhərlənmə olub - YENİLƏNİB

14 Avqust 2023 17:08
Baxış: 2 461
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hacıqabulda qida zəhərlənməsi ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb.

Bu barədə AQTA-dan bildirilib.

Qeyd edilib ki, Oğuz rayonundan istirahətdən qayıdarkən Şirvan şəhər Təcili Tibbi Yardım Stansiyasına müraciət etmiş Bakı şəhər sakinlərinin qida zəhərlənməsi ilə bağlı bəzi xəbər saytlarında yayılmış məlumatlar təsdiqini tapmayıb.

Belə ki, xəstəxanaya 8 nəfər müraciət edib.

Daxil olan xəstələrə ilkin tibbi yardım göstərilib, qan analizləri götürülüb və analizlərin nəticəsinə əsasən qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb, həkim tərəfindən "Mədə bağırsaq pozuntusu" diaqnozu qoyulub və həmin şəxslərin vəziyyətləri qənaətbəxş olduğu üçün qısa müddət ərzində evə buraxılıblar.

AQTA bir daha bildirib ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

....

09:50

Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

Milli.Az bildirir ki, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.