Ölkə

Onlayn Parklanmanın İLK GÜNÜ NƏ İLƏ YADDA QALDI? - VİDEO

8 Avqust 2023 13:42
Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünənvdən parklanma ilə bağlı yeni bağlı qaydalar qüvvəyə minib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Qaydalardan xəbəri olmayan sürücülərə "Nəqliyyat Könüllüləri" yardımçı olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucovun sözlərinə görə, gün ərzində parklanma prosesi ilə bağlı ciddi problem qeydə alınmayıb. Evləri yaxınlıqda olanlar avtomobillərini pulsuz şəkildə park edə bilərlər.

Qeyd edək ki, şəhərin mərkəzi hissələrində 1 saatlıq müddət üçün parklanmanın tarifi 1 manat, 1 zonada 70, 2 zonada 40,3 zonada isə 30 qəpik müyyən edilib. İlk 15 dəqiqə, axşam saat 22:00-dan səhər saat 7-yə qədər, eləcə də həftənin bazar günləri parklanmaya görə ödəniş tələb edilmir. Nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda ödəniş tam məbləğdə hesablanır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.