Ölkə

Bakı Metrosunda ölüm

16 İyul 2023 13:35
Baxış: 2 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elmlər Akademiyası" stansiyası istiqamətində "Dərnəgül-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatarın maşinistinə bir sərnişinin özünü pis hiss etməsi barədə məlumat daxil olub.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a bildirib ki, dərhal müvafiq tədbirlər görülüb, o cümlədən təcili tibbi yardım xidməti dəvət edilib, sərnişin stansiyada düşürülüb, ilkin yardım göstərilib. Təəssüf ki, tibbi yardım xidməti gələnə qədər sərnişin dünyasını dəyişib. Vəfat edən sərnişin Bakı metropoliteninin Tunel qurğuları xidmətinin əməkdaşı 1959-cu il təvəllüdlü Kamil Zeynalov olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.