Ölkə

Naxçıvanın keçmiş daxili işlər nazirinə yeni vəzifə verildi

14 İyul 2023 17:10
Baxış: 4 500
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən ilin dekabrında Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edilən polis polkovniki Rəşad İsmayılova yeni vəzifə verilib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə o, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Həmin idarənin rəis müavini olan polis polkovniki Mahhir Məmmədov isə öz xahişi ilə sərəncama çıxıb.

Qeyd edək ki, Rəşad İsmayılov Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad ediləndən sonra həmin posta Süleyman Nemətov təyin edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.