Ölkə

Ötən ay sərhəddə dəyəri 3 milyon manatdan çox qaçaqmal saxlanılıb

3 İyul 2023 11:51
Baxış: 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 178 kiloqram 232 qram narkоtik vasitə və 11388 ədəd psixotrop həb aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri 3 milyon 275 min 777 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, PM markalı tapança, patron, dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.