Sabunçu rayonunda ölümlə nəticələnən qəza baş verib.
Milli.Az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Qocayev Tərxan Elşən oğlu idarə etdiyi "Opel Astra" markalı avtomobillə yolun hərəkət istiqamətinə qaçmış 5 yaşlı İsmayılova Nurcan Hümbət qızını vurub. Nəticədə N.İsmayılova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Milli.Az