Ölkə

Fehruz Zehirov yüksək vəzifəyə təyin edildi

21 İyun 2023 12:52
Baxış: 3 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Xəstəxanası Publik Hüququ Şəxsə yeni rəhbər təyin edilib.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Naxçıvan MR Səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini vəzifələrini müvəqqəti icra edən Samir Sadıxovun müvafiq əmri ilə Fehruz Zehirov nazirin Muxtar Respublika Xəstəxanası Publik Hüququ Şəxs üzrə səlahiyyətli nümayəndəsi - direktor vəzifəsinə təyin edilib. Fehruz Zehirov bundan əvvəl Səhiyyənin Təminat Mərkəzinin İdarə heyətinin sədr müavini vəzifəsində çalışıb. F. Zahirov MBA üzrə İsveçrədə magistr təhsili alıb.

Qeyd edək ki, adıçəkilən xəstəxananın baş həkimi Zəbur Bağırov ötən gün işdən çıxarılıb. Xəstəxana publik hüquqi şəxs olduğu üçün orda sturuktur dəyişikliyi edilərək direktor və müavin vəzifələri təsis ediləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.