Ölkə

"Prius”a minən şəxs yoxa çıxdı - 45 yaşlı kişi ilə bağlı müəmma

17 İyun 2023 12:04
Baxış: 1 098
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda 45 yaşlı kişi itkin düşüb.

Milli.Az xəbər verir ki, bu barədə polisə Bakı şəhəri sakini, 1940-cı il təvəllüdlü Heydər Vəliyev ərizə ilə müraciət edib.

O bildirib ki, oğlu 1978-ci il təvəllüdlü Ehtiram Vəliyev tanışı, Bakı şəhər sakini 1993-cü il təvəllüdlü İnqilab Hüseynovla birlikdə iyunun 13-də oğluna məxsus "Mercedes" markalı avtomobillə yaşadığı ünvandan çıxıblar.

Daha sonra Səbail rayonu Badamdar yolunda avtomobili saxlayıb və "Toyota Prius" markalı avtomobilə əyləşərək oradan uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.