Ölkə

14 yaşlı oğlan qonşusunun avtomobilini qaçıraraq qəza törətdi

14 İyun 2023 10:09
Baxış: 798
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Gəncə şəhərində azyaşlı qonşusuna məxsus avtomobili qaçıraraq yol nəqliyyat hadisəsi törədib.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhər sakini 2009-cu il təvəllüdlü F. Məmmədov qonşusunun evinin qarşısında saxladığı "Vaz 2107" markalı avtomobili qaçırıb.

O, avtomobili bir müddət idarə edib, sonra şəhərin başqa yerində idarəetməni itirərək əvvəlcə işıq dirəyinə, daha sonra fərdi yaşayış evinin hasarına və darvazasına çırpılıb.

Nəticədə xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.