Ölkə

Şəki Xan Sarayının QALA divarlarından əsər-əlamət qalmayıb... - VİDEO

11 İyun 2023 16:40
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zamanlar Şəki sakinlərini düşməndən qoruyan bu divarların indi qorunmağa, təmirə ehtiyacı var.

Milli.Az Xəzər TV-yə istinadən 18-ci əsrdə inşa olunmuş, 1300 metr uzunluğunda olan Şəki xan sarayının Qala divarları bir dəfə 2016 ci ildə 456 metrlik hissə təmir olunub.

"Keçən il uçmaqda olan divarlar təmir üçün sökülsə də, heç bir yenidənqurma işi aparılmayıb."

Qalanın daxil olduğu Yuxarıbaş Tarix Memarlıq Qoruğundan bildirildi ki, təmir zamanı nəzərdə tutulmayan məsələlər ortaya çıxdığına görə yenidənqurma işində ləngimə yaranıb.

Qurumdan o da bildirildi ki, hazırlıq işləri başa çatmaq üzrədir və qısa zamanda təmir işlərinə başlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.