Ölkə

Şəhid sərhədçi gizirin övladı dünyaya gəldi - FOTO

26 May 2023 15:34
Baxış: 1 407
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

May ayının 25-də Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Zəngilan rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Baş gizir Məmmədov Azər Mustafa oğlunun övladının dünyaya gəlməsi münasibətilə şəhidimizin ailəsini ziyarət ediblər.

Döyüş yoldaşları şəhidimizin ailə üzvlərinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini çatdırmış, yeni doğulmuş körpənin Dövlətimizə və xalqımıza layiqli övlad kimi yetişməsini arzulayıblar.

Vətənin azadlığı uğrunda və xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş igid sərhədçinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.