Ölkə

14 yaşlı qızla evlənən şəxs həbs edildi

17 May 2023 20:05
Baxış: 2 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 16-da Astara Rayon Məhkəməsində 14 yaşlı qızla evləndiyinə görə barəsində cinayət işi açılmış 29 yaşlı Samir Babayevə (şərti) hökm oxunub.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, S.Babayev Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib. Ona 9 ay həbs cəzası verilib və məhkəmə zalındaca həbs edilərək cəzasını çəkəcəyi yerə göndərilib.

Araşdırmalar zamanı məlum olub ki, fəhləliklə məşğul olan Samir 2022-ci ilin sonlarında Şəmkirdə olarkən 14 yaşlı Aybikə (şərti) ilə tanış olub və onlar bir-birlərinə nömrələrini veriblər. Bundan sonra mütəmadi əlaqə saxlayıblar və qız Samirə onu qaçırmasını bildirib. Bu il yanvarın 7-də Samir Şəmkirə gedərək Aybikəni Bakıya qaçırıb, bir gün sonra isə yaşadığı Astara rayonuna aparıb və orada ər-arvad kimi yaşamağa başlayıblar.

Bir neçə gün sonra polis əməkdaşları Astaranın kəndinə gələrək Samir və Aybikəni saxlayıblar və onları Şəmkirə aparıblar.

Yeniyetmə qız ailəsinə təhvil verilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.